Fransada seçkilərin ikinci turu keçirilib

Fransada seçkilərin ikinci turu keçirilib

Martın 29-da Fransada əyalət şuralarına seçkilərin ikinci turu keçirilib. Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, seçkilərdə 42 milyon nəfər, yəni seçicilərin 41,49 faizi iştirak edib. Fransada əyalət şuralarına 2011-ci ildə keçirilmiş seçkilərlə müqayisədə seçicilərin fəallığı bir qədər azalıb. Ölkənin Ot-Korsika əyalətində seçicilərin xüsusi fəallığı müşahidə edilib. Burada seçicilərin 64,84 faizi səsvermədə iştirak edib. Ən aşağı göstərici isə dənizətrafı bölgədə yerləşən Reunyonda qeydə alınıb - 39,45 faiz.

Martın 22-də keçirilən birinci turda olduğu kimi, keçmiş prezident Nikolya Sarkozinin rəhbərlik etdiyi Xalq Hərkatı Birliyi Uğrunda Partiyası (UMP) bir çox əyalətlərdə qələbə qazanıb. İqtidarda olan Sosialist Partiyası (PS) Korrez, Pa-de-Kale, Cot d’Armor əyalətlərində müvəfəqiyyətsizliyə uğrayıb.

Səslər hesablanarkən sağların (UMP) 70, PS-nin 37, Milli Cəbhə Partiyasının isə iki əyalətdə qələbə qazandığı bəyan edilib./azertag.az/

Bütün xəbərlər Facebook səhifəmizdə