A320 sərt eniş etdi 25 sərnişin xəsarət aldı

A320 sərt eniş etdi 25 sərnişin xəsarət aldı

Kanadanin Qalifaks şəhərində Torontodan gələn A320 təyyarəsinin uçuş-eniş zolağından kənara çıxaraq sərt eniş etməsi zamanı 25 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Rusiyanın NTV telekanalı xəbər verir ki, bir qədər əvvəl Air Canada aviakompaniyasına məxsus təyyarənin əlverişsiz hava şəraiti səbəbi ilə uçuş-eniş zolağından kənara çıxdığı bildirilsə də, hadisənin dəqiq səbəbləri hələlik bəlli deyil.

Aviaşirkət nümayəndəsinın sözlərinə görə, hadisə zamanı həyati təhlükə daşımayan xəsarətlər almış 25 sərnişin xəstəxanaya yerləşdirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə