Bu dəfə sevinc göz yaşları tökdülər FOTOLAR

Bu dəfə sevinc göz yaşları tökdülər FOTOLAR

Şimali Koreya lideri Kim Jong Un orduda xidmətləri ilə fərqlənən əsgərləri mükafatlandırmaq üçün bu dəfə fərqli bir mərasim təşkil edib. SİA-nın xarici mediaya istinadən məlumatına görə, Şimali Koreya lideri Kim Jong Un, ordunun nümunəvi əsgərlərinin ailəsi ilə görüşüb.

Mərasimin fotoşəkilləri Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA tərəfindən yayımlanıb. Tədbir iştirakçıları sanki bahar şənliklərinə gəlmiş kimi rəngli paltarlar geyərək Kim Jong Unu-u sevinc göz yaşlarıyla qarşılayıblar.

Mərasim başlayınca da maraqlı bir protokol tətbiq olunub. Belə ki, yüzlərlə qadın ayaq üstdə gözlədiyi halda, Kim Jong Un və ölkənin iki ordu komandiri ön tərəfə qoyulan kürsülərdə əyləşiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə