Rusiyanın paytaxtı Moskvada aviaqəza baş verib. SİA-nın rus mətbuatına istinadən məlumatına görə, Moskvanın Şeremetyevo-3 aeroportunda iki Aerobus - A320 və A319 qanadları bir-birinə dəyib. Hadisə vaxtı zərər çəkən olmayıb. Toqquşma zamanı təyyarə dayanacağa yan alırmış. Kalininqraddan gələn A320 təyyarəsinin salonunda 147 insan və 6 ekipaj üzvü olub. Digər təyyarədə sərnişin olmayıb. Hər iki aerobusun qanadlarında plastik müqavimət sipərləri zərər çəkib. Dayanacağa göndərilən, kər iki təyyarənin planlaşdırılmış uçuşları ləğv edilib.
Qeyd edək ki, Şeremetyevo-3 "Aeroflot" aviaşirkətinin tikdiyi Şeremetyevo aeroportunun yeni terminallarından biridir. 2009-cu ildə işə salınıb.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB