Matəm mərasimi Kölndə keçiriləcək

Matəm mərasimi Kölndə keçiriləcək

Bu yaxınlarda Germanwings şirkətinə məxsus A320 airbusununun Alp dağlarına çırpılaraq qəzaya uğrayan təyyarənin sərnişinlərinin matəm mərasimi aprelin 17-də Kölndə yerləşən kilsədə keçiriləcək. SİA xəbər verir ki, bu barədə "ria novosti" informasiya yayıb. Məlumatda qeyd olunur ki, matəm mərasimində Almaniyanın prezidenti Yoaxim Qauk və ölkə kansleri Angela Merkeldən başqa, təyyarədə həlak olan digər sərnişinlərinin təmsil olunduqları ölkələrin rəhbər strukturları da qatılacaq. Bunu Almaniyanın Şimali Resyn-Vestfalli torpağının hökuməti də təsdiq edib. Eyni zamanda bildirilir ki, şəhər sakinləri və həmin vaxt orada olan turistlər də Köln kilsəsində keçiriləcək matəm mərasimidnə iştirak edə bilərlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə