ABŞ-da törətdiyi cinayət üzündən 39 il günahsız həbs yatan Ricky Jackson məhkəməyə təzminat davası açmışdı. SİA-nın məlumatına görə, dünən ABŞ məhkəməsi 39 il işləmədiyi bir cinayət səbəbiylə dəmir barmaqlıqların arxasına qalan Jacksona 1 milyon dollar təzminat ödənməsinə qərar verib. Qeyd edək ki, Ricky Jacksonun günahsızlığı ötən ilin noyabr ayında sübuta yetirilmiş və sərbəst buraxılmışdı. ABŞ hüquq tarixinə qara bir ləkə olaraq düşən bu qərar səbəbiylə 39 ili oğurlanan Ricky Jackson məhkəməyə təzminat dəvası açmışdı.
ABŞ-ın Ohio əyalətindəki məhkəmə, Ricky Jacksonun ABŞ Ədliyyə Nazirliyinə açdığı təzminat davasına dünən qərar verib. Qərara əsasən, ABŞ dövləti 39 ilin qarşılığında Ricky Jacksona 1 milyon dollar təzminat ödəyəcək.
Məhkəmənin verdiyi qərarı eşidən Jackson çox sevincli anlar yaşayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB