İsrail hərbi məhkəməsi israilli bir qadını bıçaqlayaraq öldürdüyü iddiası ilə mühakimə olunan fələstinli gəncə 198 il həbs cəzası verib. SİA-nın məlumatına görə, Qərb Şəriyənin Ramallah şəhərinin qərbində olan Ofer həbsxanasının hərbi məhkəməsi israilli qadın Daliya Lamkusu təxminən 4 ay əvvəl Qərb Şəriyənin cənubunda bıçaqlayaraq öldürdüyü iddiası ilə saxlanılan 30 yaşındakı fələstinli Mahir əl-Heşlemuna 2 dəfə ömürlük (hər biri 99 il) həbs cəzası verib.
İddiaya görə, Heşlemunun reallaşdırdığı bıçaqlı hücumda bir nəfər həyatını itirmiş, bir sıra şəxslər isə yaralanmışdı. İslami Cihad Hərəkatı aktivistlərindən olan Heşlemunun, daha əvvəllər siyasi səbəblərdən ötəri həbs olunduğu da bildirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB