15 nəfər ölüb, xeyli sayda yaralı var

15 nəfər ölüb, xeyli sayda yaralı var

Səudiyyə Ərəbistanına məxsus qırıcılar Yəmənin Səda əyalətinin Kəttaf bölgəsində yerləşən bazara zərbə endirib. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, hücumda 15 nəfər ölüb və xeyli sayda insan yaralanıb. Yəmənin Səhiyyə Nazirliyinin məlumatında hücumların ilk günündən həlak olanların sayının 39 nəfər təşkil etdiyi deyilir. Bu arada Səudiyyə Ərəbistanının Yəmənə hücumda ona müttəfiq olduğu iddia edilən Pakistan müdaxilə ilə bağlı bəyanat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə