Tunisdə keçən həftə muzeyə təşkil edilən və nəticədə 23 nəfərin həyatını itirdiyi hücumun ardından Tunisli səlahiyyətlilər Bardo muzeyini yenidən açaraq dünya ictimaiyyətinə təcavüzkarların məqsədlərinə çata bilmədiklərini göstərmək istəyirlər. SİA-nın məlumatına görə, muzeyin açılışında konsert proqramı və toplu nümayiş təşkil edilməsi gözlənilir.
Xatırladaq ki, ötən həftə Bardo muzeyinə təşkil olunan hücumda hücumda 20-si turist olmaqla 23 nəfər həyatını itirmişdi.
Muzeyə hücum edən cinayətkarlardan ikisi öldürülsə hadisə yerindən qaçan üçünü şəxsin axtarışı isə hələ davam etdirilir. Qeyd edək ki, hücum sonrası Tunis hökuməti ölkənin təhlükəsizliyinə cavabdeh olan 6 məmuru vəzifədən azad etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB