İki sərnişin qatarı toqquşdu

İki sərnişin qatarı toqquşdu

Ötən gün axşam Taylandın mərkəzi hissəsində iki sərnişin qatarı toqquşub və nəticədə bir neçə vaqon relsdən çıxaraq aşıb. SİA-nın məlumatına görə, qəza nəticəsində azı 50 nəfər xəsarət alıb. Onlardan 6-nın vəziyyətinin ağır olduğu bildirilir.

SİA xarici KİV-ə istinadla xəbər verir ki, xəsarət alanlar arasında ABŞ və Cənubi Koreya vətəndaşları da var. Hazırda xilasedicilər hadisə yerində işləməkdə davam edir, dağıntılar arasında insanların qalıb-qalmadığını aydınlaşdırırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə