Ərəb Birliyi Xarici İşlər Nazirləri Şurası, "Ortaq Ərəb Gücü" birliyinin qurulmasını nəzərdə tutan qərar layihəsini təsdiq ediblər.
Ərəb Birliyinin baş katibi Nəbil əl-Ərəbi, Ərəb Birliyi Xarici İşlər Nazirləri Şurasının Misirin Şarm əş-Şeyx şəhərində təşkil etdiyi yığıncağın ardından jurnalistlərə açıqlamasında Xarici işlər nazirlərinin, Ərəb milli təhlükəsizliyinin təmin edilməsini nəzərdə tutan qərar layihəsini təsdiqlədiyini vurğulayaraq qeyd edib ki, layihə üzərində 2014-cü ilin sentyabr ayından işlənilir.
Misir xarici işlər naziri Samih Şükri də 26. Ərəb Zirvəsinin, Ərəb xalqlarının bənzəri görülməmiş təhdid və çətinliklərlə qarşı-qarşıya olduğu bir zamanda reallaşdığını vurğulayaraq qeyd edib ki, Ərəb dövlətlərinin bu çətinliklərlə mübarizə apara bilməsi üçün bu cür addımların atılması önəmli hadisədir.
Bəzi mənbələrin məlumatına görə, bu layihə bölgədə ərəb millətinin təhlükəsizliyini qorumaq və baş verə biləcək terror aktlarına qarşı birgə mübarizə aparmaq məqsədilə həyata keçirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB