İsrail Prezidenti Reuven Rivlin 9 May Qələbə bayramının 70-ci ildönümü ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə iştirak etməyəcək. Bu barədə İsrailin Rusiyadakı səfiri Dorrit Holender məlumat verib.
Rusiya Xarici İşlər naziri Sergey Lavrov daha əvvəl açıqlamasında 30 ölkədən müsbət cavab aldıqlarını bildirib.
Qeyd edək ki, ABŞ Prezidenti Barak Obama, Böyük Britaniya Baş naziri Devid Kameron, Avropa Şurasının sədri Donald Tusk, Polşa, Sloveniya və Gürcüstan prezidentləri Moskvaya dəvətdən imtina ediblər.
Almaniya kansleri Angela Merkel isə əvvəlcə imtina etsə də, sonradan dəvəti qəbul etdiyini açıqlamışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB