TRT Radiosu Ginnesin Rekordlar Kitabına düşməyi planlaşdırır FOTOLAR

TRT Radiosu Ginnesin Rekordlar Kitabına düşməyi planlaşdırır FOTOLAR

TRT Radiosun yeni layihəsi ilə Ginnesin Rekordlar Kitabına düşməyi planlaşdırır. SİA-nın məlumatına görə, "Dünyanın Ən Radio"adlı proqram TRT vasitəsi ilə dünyaya yayımlanacaq. Türkiyənin ən geniş yayım şəbəkəsinə malik olan TRT Radiosu Guinness Rekordlar kitabına namizəd ola biləcək proqramı həyata keçirməyi planlaşdırır. "Dünyanın Ən Radio" proqramı 19 Mart 2015 tarixindən etibarən Azərbaycan, Almaniya və Bosniya Herseqovinadan yayımlanacaq. Bu yayımlar üçün məşhur simalar Bakıda toplanacaq.

"Dünyanın Ən Radio" Proqramının Bakıda keçiriləcək qalasına tanınmış simalardan Bay J və Erkan Yavaş dəvətlidirlər. Bu proqram TRT və İTV-nin ortaq layihəsi olaraq reallaşacaq. Bu layihəyə Türkiyə Radio yayımcılığının 88 illik yubileyində TRT Baş Direktoru Şenol Göka və TRT Radio Yayımlarının Sədri Amber Türkmən rəhbərliyində imza atılıb. Proqram TRT FM-dən həftənin cümə axşamları Bakı saatı ilə 21.00-23.00 arası Ankara, İstanbul və İzmir studiyalarından 3 nöqtədən tək proqram tərtibatçısı ilə canlı bağlantılarla dinləyicilərin qonağı olacaq. 19 Mart 2015 tarixində isə 3 fərqli ölkə Azərbaycan, Almaniya və Bosniya Herseqovinadan yayım həyata keçiriləcək. Yayım hazırlıqları Dünyanın 3 qitəsi Amerika, Avstraliya və Asiya eləcədə Sakit, Atlantik, Hind okeanlarından həyata keçirilməsi nəzərdə tutulur. Məqsəd bu yeniliklərin Guinness Rekordlar kitabına düşməsidir.

Bütün xəbərlər Facebook səhifəmizdə