ABŞ-dakı Ahıska türklərindən ermənilərə qarşı Aksiya

ABŞ-dakı Ahıska türklərindən ermənilərə qarşı Aksiya

Amerikanın Nyu Cersi (NEW JERSEY) ştatında yaşayan Ahıska Türkləri ermənilərə qarşı kampaniyaya start verib. SİA-ya bu məlumatı Ahıska Türklərinin Amerika Cəmiyyətinin rəhbəri İslam Şəhbəndərov verib. Məlumata görə, Nyu Cersi ştatında qondarma erməni "soyqırımı"nın 100-cü ildönümü münasibətilə burada fəaliyyət göstərən erməni diasporası insanları aldadaraq imza toplamağa başlayıblar. Kampaniyanın məqsədi yığılan imzaları Əyalət Məclisinə və Senatora göndərmək olub. Belə ki, bu qondarma soyqırımla bağlı kampaniyaya qarşı əks hücuma keçən Amerikada yaşayan Türkiyə vətəndaşları və Ahıska Türkləri birlikdə online imza layihəsini təqdim ediblər. Aşağıda göstərilən linkə daxil olmaqla ermənilərin başlatdığı kampaniyasına qarşı səs vermək olar:

http://www.capwiz.com/paxturcica/issues/alert/?alertid=64214011

Bütün xəbərlər Facebook səhifəmizdə