Prezident səhhətindən danışdı

Prezident səhhətindən danışdı

Rusiya Prezidenti Vladimir Putin sağlamlığı haqqında yayılan məlumatlara aydınlıq gətirib. SİA bu barədə rus mətbuatına istinadən xəbər verir.

Putin deyib ki, "şayiələrsiz darıxdırıcı olur".

Qeyd edək ki, Rusiya prezidenti Valdimir Putin Sankt-Peterburqda Qırğızıstan prezidenti Almazbek Atambayevi qəbul edib. Məsələ ilə bağlı Atambayev deyib ki, Putin nəinki gəzir, hətta maşın sürür.

Xatırladaq ki, bir müddət əvvəl bir sıra KİV-lər də Putinin xəstələndiyi haqda məlumatlar yayılmışdı Lakin prezidentin mətbuat katibi Dmitri Peskov Putinin xəstəliyi haqqında xəbəri təkzib etmişdi. Daha sonra Peskov bildirmişdi ki, Prezident özünü yaxşı hiss edir.

Bütün xəbərlər Facebook səhifəmizdə