ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ-dan Rusiyaya yeni sanksiyalar

ABŞ hökuməti Ukraynada yaranmış vəziyyətlə əlaqədar daha bir neçə fiziki və hüquq şəxsə qarşı sanksiyalar tətbiq edib. Yeni sanksiya siyahısında Viktor Yanukoviçin prezidentliyi dövründə yüksək vəzifə tutmuş bəzi şəxslərin - sabiq baş nazir Nikolay Azarov, onun 1-ci müavini olmuş Sergey Arbuzov və sabiq səhiyyə naziri Raisa Boqatıryovanın adları var.

Rusiyanın Beynəlxalq Avrasiya Hərəkatının lideri, Avrasiya İttifaqının ideoloqlarından biri sayılan Aleksandr Dugin, Rusiya Federal Miqrasiya Xidmətinin Sevastopoldakı rəhbəri Oleq Kozyura siyahıda ən diqqət çəkən simalardan biridirlər. Rusiya Milli Kommersiya Bankı və Avrasiya Gənclər İttifaqına qarşı da sanksiya tətbiq edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə