Boris Nemtsov "Charlie Hebdo" olayları ərəfəsində sərgildəyi mövqeyinə görə qətlə yetirilib. SİA-nın Rusiya mətbuatına istinadən istintaqın yekun gəldiyi qərar bu olub. Hüquq-mühafizə orqanlarının məlumatına görə, bunu Boris Nemtsovun qətlində şübhəli bilinərək saxlanılan Zaur Dadayev ilkin ifadəsində söyləyib.
Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlində beş nəfərin şübhəli şəxs qismində saxlanıldığını açıqlayıb. Martın 8-də saxlanılan şəxslərin adları bunlardır: Həmzət Baxayev, Tamerlan Əsgərxanov, Şahid Qubaşev, Anzor Qubaşev və Zaur Dadayev. Artıq sözügedən şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Onlara qarşı hansı maddə ilə ittiham irəli sürüldüyü hələ ki, bilinmir.
Xatırladaq ki, Boris Nemtsov fevralın 27-də axşam gecə saatlarında Moskvanın mərkəzində odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB