Keniyada, qanunsuz ovçuluqla mübarizə çərçivəsində 15 ton fil dişi yandırılıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Keniya prezidenti Uhuru Kenyatta, Nairobi Milli Parkında təşkil edilən mərasimdə, qanunsuz ovçuluqla mübarizəyə davam edəcəklərini bildirib .Kenyatta bildirib ki, bu mübarizə ilə onlar fil və kərgədan kimi nəsli tükənməkdə olan heyvanları qorumağı nəzərdə tutublar. Mərasimin sonunda, ölkə daxilində 2010 və 2015 illəri arasında qanunsuz ovçuluqla ələ keçirilən 15 ton fil dişi yandırılıb.
Qeyd edək ki, Keniyada qanunsuz ovçuluq nəticəsində ötən il 164 fil və 53 kərgədan öldürüldüyü bildirilir.
Nəzərinizə çatdıraq ki, fil dişi müxtəlif bəzək əşyalarının hazırlanmasında, kərgədan buynuzu isə bəzi xəstəliklərin müalicəsində istifadə olunur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB