Avropa İttifaqı (Aİ) "Şərq Tərəfdaşlığı" ölkələrinin hər birinə münasibətdə bu dövlətlərin xarici siyasətinin özünəməxsusluğunu və qitədəki reallığın dəyişməsini nəzərə alaraq fərdi yanaşma prinsiplərini işləyib hazırlamalıdır. Xarici KİV xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı İohannes Xan bəyan edib. "Bizim tərəfdaşlarımız fərqlidirlər. Tərəfdaşlarımızdan bəziləri Avropaya daha yaxından inteqrasiyaya can atır, bəziləri isə əksinə, münasibətləri başqa cür qurmaq istəyir",- deyə İohannes Xan vurğulayıb.
Onun sözlərinə görə, Aİ qonşuları ilə münasibətləri "daha ağıllı" şərtlərlə qurmalı, demokratik ölkələrlə əməkdaşlıqda açıq iqtisadiyyata üstünlük verməlidir.
"Şərq Tərəfdaşlığı" Avropa İttifaqı ilə Ukrayna, Moldova, Azərbaycan, Gürcüstan, Belarus və Ermənistan arasında əlaqələrin bu proqrama uyğun inkişafını nəzərdə tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB