Rusiyalı müxalifət lideri Boris Nemtsovun qətlə yetirilməsi ilə bağlı yeni görüntülər yayılıb. SİA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, yeni görüntülərdə hadisənin daha dəqiq təfərrüatı təsvir olunub.
Görüntülər Böyük Moskva çayı körpüsündə siyasətçi Boris Nemtsovun qətlə yetirildiyi yerin yanında quraşdırılmış kamerada qeydə alıb.
Xatırladaq ki, B.Nemtsov fevralın 28-də gecə saatlarında qətlə yetirilib. Onun bədənində 4 güllə yarası olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB