Tanınmış siyasətçini öldürdülər

Rusiyanın tanınmış siyasətçisi, müxalifət liderlərindən olan Boris Nemtsov Moskvanın mərkəzində küçədə ağ avtomobildən atılan atəşlə qətlə yetirilib. SİA-nın xəbərinə görə, bir neçə dəfə atılan atəş nəticəsində Nemtsov hadisə yerində keçinib.

Məlumat üçün bildirək ki, Boris Nemtsovun Dövlət Dumasındakı köməkçisi Olqa Baxtina Nemtsovun bir neçə ay bundan əvvəl sosial şəbəkələr vasitəsilə təhdid edildiyini açıqlayıb.

Köməkçinin sözlərinə görə, hətta 2014-cü ilin sonunda sosial şəbəkələrdə Boris Nemtsova edilən təhdidlərin biri ilə bağlı polis orqanlarına müraciət edilmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...