Sülhməramlılara pilotsuz aparatlar tövsiyə olunub

Sülhməramlılara pilotsuz aparatlar tövsiyə olunub

Birləşmiş Millətlər Təşkilatı (BMT) tərəfindən dərc edilən hesabatda sülhməramlı əməliyyatların keçirilməsi zamanı pilotsuz kəşfiyyatçı təyyarələrin sayının kəskin artırılması tövsiyə olunur. SİA-nın məlumatına görə, esabat müəllifi, ekspert qrupunun rəhbəri Ceyn Holl Lutun sözlərinə görə, beynəlxalq sülhməramlı missiyalarda qoşunlarının iştirak etdiyi ölkələrin əksəriyyəti pilotsuz uçan aparatlardan istifadə ideyasını dəstəkləyir. Lakin bəzi ölkələrdə pilotsuz uçan aparatlar tərəfindən toplanan kəşfiyyat məlumatlarının necə istifadə ediləcəyi ilə bağlı sual yaranıb.

C.Lut hesab edir ki, BMT tərəfindən pilotsuz uçan aparatlardan istifadəni tənzimləyən qaydaların hazırlanmasına ehtiyac var.

Bütün xəbərlər Facebook səhifəmizdə