Cənubi Sudanda naməlum yaraqlılar azı 89 uşağı oğurlayıblar. Bu barədə France-Presse agentliyi məlumat yayıb. BMT Uşaq Fondunun (UNICEF) nümayəndələrinin bildirdiyinə görə, hücum ölkənin şimalındakı şəhərlərdən birində baş verib. UNICEF-də qeyd edirlər ki, tutulan uşaqların sayı bundan xeyli çox ola bilər.
Qeyd edək ki, Cənubi Sudanda xeyli vaxtdır müharibə gedir. Münaqişədə 20-yə yaxın müxtəlif silahlı qruplaşma iştirak edir. Ölkənin 12 milyonluq əhalisinin yarıdan çoxu humanitar yardıma möhtacdır. Müharibədən və etnik təmizləmədən yaxa qurtarmağa çalışan yüz mindən çox qaçqın BMT-nin hərbi bazalarına sığınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB