"Yunanıstanın bank hesablarından hər gün yüz milyonlarla avro çıxarıldığından banklarda artıq pul tükənmək üzrədir". Bu barədə informasiyanı "Faynənşl Tayms" qəzeti özünün etibarlı mənbələrinə istinadən yayıb.
Mənbə gün ərzində banklardan çıxarılan məbləğin 300 milyondan 500 milyon avroya qədər olduğunu bildirib. Qəzet dekabr ayından bu yana Yunanıstan banklarından 20 milyard avronun çıxarıldığını deyib.
Qeyd edək ki, çərşənbə günü Mərkəzi Avropa Bankının rəhbərliyi yunan banklarına maliyyə yardımının davam edib-etməməsi ilə bağlı qərar qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB