Polis şöbəsinə hücum: 20 ölü

Polis şöbəsinə hücum:  20 ölü

Əfqanıstanda polis şöbəsinə hücum edilib. Loqar şəhərinə hücum zamanı 20 nəfər polis ölüb.

Loqar bələdiyyə sədri Din Məhəmməd Dərviş açıqlamasında üzərində bomba olan 4 nəfərin Pola Alam Polis Şöbəsinə gəldiyini, bpmbanı işə salması zamanı 20 polisin öldüyü və 8 polisin yaralandığını bildirirb:

"Polis paltarı geyinmiş 4 nəfərdən biri bombanı binanın qapısı ağzında partladıb. İkisi isə polislər silahlı toqquşma nəticəsində öldürülüb. Ən sonuncu adam isə bombanı yeməkxanada işə salıb. 1 saat hücum edənlərlə polis arasında silahlı atışma olub".

Qeyd edək ki, hadisəni "Taliban" terror təşkilatı öz üzərinə götürüb.

Bütün xəbərlər Facebook səhifəmizdə