ABŞ-ın Massaçusets ştatının bir sıra rayonları donmuş ruh şəhərlərinə bənzəyir. Qar yığınlarının təmizlənməsinə Milli Qvardiyanın yüzlərlə əsgəri cəlb edilib. Euronews telekanalı xəbər verir ki, bu ilin fevral ayı Boston tarixində ən qarlı ay olub. Burada havanın temperaturu mənfi 8 dərəcəyə qədər aşağı düşsə də, külək və rütubətin təsirindən şaxta daha çox hiss olunur.
Nyu-Hempşir və Men ştatlarında da analoji vəziyyət hökm sürür. Nyu-Cersidə isə bir qadın həyatını itirib.
Əlverişsiz hava şəraiti ilə əlaqədar, əsasən Boston və Nyu-Yorkun hava limanlarında 1800-ə qədər aviareys ləğv olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB