Antalyanın mərkəzində Saat Qülləsi meydanında Özgecan Arslanın ölümünə etiraz mitinqi keçirilib. SİA-nın türkiyə bürosunun verdiyi xəbərə görə, mitinqdə əksəriyyəti gənc olmaqla 200-ə qədər adam iştirak edib. İştirakçılar qadın hüquqlarının müdafiəsinə çağırış ediblər. Türkiyə hakimiyyətindən 20 yaşlı Özgecanın qətlində günahkarın ən sərt şəkildə cəzalandırılmasını tələb ediblər.
Qeyd edək ki, ötən həftə 20 yaşlı tələbə Özgecan Arslan avtobus sürücüsü tərəfindən zorlanıb və öldürülüb. Yerli KİV-in yazdığına görə, qız qaz balonu istifadə etməklə cinayətkara müqavimət göstərib. Onun cəsədi Türkiyənin cənubunda çayda tapılıb. Cinayət faktına görə üç nəfər saxlanılıb; avtobus sürücüsü, ona kömək edən atası və dostu. Cinayətə etiraz məqsədilə keçirilən aksiyada minlərlə qadın iştirak edib.
Onu da əlavə edək ki, tələbə Özgecan Arslanın zorlanması və öldürülməsindən sonra bir sıra nazirlər müqəssirə ölüm hökmü verilməsi tələbi ilə çıxış ediblər. Türkiyədə isə ölüm hökmü 2001-ci ildə ləğv edilib.

Emin Zaman, Türkiyə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB