Ermənistanın "Çiçəklənən Ermənistan", Erməni Milli Konqresi və "İrs" partiyalarının liderləri Qaqik Tsarukyan, Levon Ter-Petrosyan və Raffi Ovannisyan arasında görüş keçirilib. Fevralın 14-də baş tutan görüşdə Sarkisyan rejimi ilə bağlı mühüm qərarlar qəbul edilib.
SİA Ermənistan KİV-nə istinadən xəbər verir ki, müxalifət liderləri ölkədəki acınaqcaqlı durumu və insanların sosial problemlərini, eləcə də Sarkisyan rejiminin özbaşınalıqları barədə geniş müzakirə aparılıb. Erməni müxalifətinin liderləri fevralın 20-də saat 16:00-da İrəvandakı Azadlıq meydanında yaranmış situasiyanın həlli məqsədilə mitinq keçirmək qərarına gəliblər.
Xatırladaq ki, "Çiçəklənən Ermənistan" partyasının lideri Qaqik Tysarukyanla Sarkisyan arasında əsl düşmənçilik münasibətləri mövcuddur. Sarkisyan Tsarukyanı Təhlükəsizlik Şurasının üzvlüyündən də azad etmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB