Ukrayna prezidenti atəşkəs əmri verib

Ukrayna prezidenti atəşkəs əmri verib

Ukrayna prezidenti Petr Poroşenko Minsk razılaşmasına uyğun olaraq Donbasdakı münaqişə zonasında atəşi dayandırmaq əmri verib. "Mən bu saat Ukrayna silahlı qüvvələrinə, Milli qvardiyaya, DİN bölmələrinə, sərhəd xidmətinə, təhlükəsizlik bölmələrinə atəşi kəsmək əmri verirəm" – deyə o bəyan edib. Rusiya KİV-i istinadla xəbər verir ki, dövlət başçısı, həmçinin Ukraynanın atəşin dayandırılmasına nəzarət və koordinasiya üzrə birgə mərkəzdəki nümayəndəsi Aleksandr Romazninə müəyyən bölmələrdə atəşkəs rejiminə effektiv nəzarəti təşkil etmək əmri verib.

Xatırladaq ki, Ukraynanın cənub-şərqində atəşin dayandırılması haqqında saziş fevralın 15-də Kiyev vaxtı ilə saat 00:00-da (Bakı vaxtı ilə saat 02:00) qüvvəyə minib.

Bir qədər əvvəl qondarma Donetsk və Luqansk respublikalarının silahlı birləşmələrinə də atəşi dayandırmaq və texnikanı geri çəkmək əmrinin verildiyi bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə