Türkiyənin Şanlıurfa vilayətində polisin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində külli miqdarda partlayıcı maddə yüklənmiş avtomobil zərərsizləşdirilib.
Vilayət rəsmilərinin bildirdiyinə görə, terror törətmək cəhdində şübhəli bilinən beş nəfər həbs olunub.
Xatırladaq ki, fevralın 13-də Suriya ilə sərhəddə yerləşən Şanlıurfa vilayətinin Suruç qəsəbəsində avtomobilə yerləşdirilmiş partlayıcı qurğunun uzaqdan idarəetmə ilə işə salınması nəticəsində 3 polis əməkdaşı yaralanmışdı.
Sabir Şahtaxtı, AzərTAc
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB