Bu gün Kopenhagenin Osterbo rayonu ərazisində yerləşən "Krudtenden" ("Barıt çəlləyi") kafesində "İncəsənət, kafirlik və söz azadlığı" mövzusunda diskussiya zamanı atışma baş verib. Şahidlərin Danimarka KİV-lərinə söylədiklərinə görə, Fransa səfirinin çıxışı zamanı həmin məkana atəş açılıb.
Hadisə nəticəsində ən azı 3 polis əməkdaşı yaralanıb, bir nəfər 40 yaşlı Danimarka vətəndaşı ölüb.
Hücum zamanı zalda onlarla adam olub. Görüşün iştirakçılarından biri olan Fransanın Danimarkadakı səfiri Fransua Zimre xəsarət almayıb. Tədbirdə, həmçinin İsveç karikaturaçı rəssamı Lars Vilks də olub və xəsarət almayıb. Xatırladaq ki, hələ 2007-ci ildə Lars Vilks Məhəmməd peyğəmbərin karikaturalar silsiləsini çəkməyə görə beynəlxalq qalmaqalın mərkəzində olub.
Hadisə yerinə gəlmiş Danimarka polisi hamıya orada qalmaq əmrini verib, çünki hücumun davam edilmək təhlükəsi var.
Mühafizəçinin dediyinə görə, atəş açanlar iki nəfər olub. Onlar zala təxminən 200 dəfə atəş açıb cinayət yerindən qaça biliblər. Daha sonra polis onların avtomobilini tapıb. Hadisə baş verən rayonda cinayətkarların axtarışı aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB