Argentinada prokuror Xerardo Polisita rəsmi olaraq ölkə Prezidenti Kristina Fernandes de Kirşnerə qarşı cinayət işinin təhqiqatını bərpa edib. Euronews telekanalı xəbər verir ki, Argentina Prezidenti Kristina Fernandes de Kirşner 1994-cü ildə baş vermiş terror aktının təhqiqatına maneə olmaqda günahlandırılır. O vaxt Buenos-Ayresdə yəhudi mədəniyyət mərkəzində baş vermiş partlayış nəticəsində 85 nəfər həlak olmuşdu. Dövlət başçı ilə birgə bu cinayət işində xarici işlər naziri və daha bir neçə şəxsin də adı hallanır.
Əvvəllər bu işi təhqiq edən prokuror Alberto Nisman yanvar ayında Buenos-Ayresdəki evində başında güllə yarası ilə ölü olaraq tapılmışdı. Təhqiqat hələ ki, bunun intihar, yoxsa qətl olduğunu təyin etməyib.
Nismanın ittihamlarına görə, Argentina Prezidenti Kristina Fernandes de Kirşner və daha bir neçə şəxs Tehranla ticarət əlaqələrinin inkişafı üçün partlayışda İran vətəndaşlarının əli olduğunu gizlətməyə çalışıb. Prezident isə bütün ittihamları rədd edir. Öz növbəsində İran da 1994-cü il hadisələrində iştirak etmədiyini bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB