Sudan ordusunun əsgərləri 2014-cü ilin oktyabrında Darfur şəhərində 200 qadını zorlamaqda ittiham ediir. SİA xəbər verir ki, bu barədə "Human Rights Watch" təşkilatının Sudanla bağlı hazırladığı hesabatda qeyd olunub. Sənəddə bildirilir ki, ən azı 221 qadın Darfur şəhərinə edilən hücum zamanı zorlanmaya məruz qalıb. Yerli əhalinin sözlərinə görə, 36 saatlıq hücum zamanı əsgərlər evlərə soxularaq, kişiləri həbs edib və qadınları onların cinsi tələblərini ödəməyə məcbur ediblər. Eyni zamanda aparılan araşdırmalardan sonra o da bəlli olub ki, əsgərlər bu əməllərini yüksək rütbəli zabitlərdən əmr almaqla həyata keçiriblər. Həmçinin, Darfur şəhərinin bir neçə qadını əsgərlərə hansı evlərə girməli olduqlarını da deyiblər.
Lakin Sudan hökuməti zorlama ittihamları ilə bağlı irəli sürülən iddiaları dəfələrlə rədd ediblər və Afrika ittifaqının sülh missiyasının, BMT-nin həmin ittihamarı birgə araşdırmağa razılıq verməyib.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB