Varlı almanların pulu əvvəl güman edildiyindən çoxdur. Bununla əlaqədar aparılmış araşdırmanın fevralın 11-də "Süddeutsche Zeitung" nəşrində dərc edilmiş nəticələri göstərir ki, Almaniya cəmiyyətində mülkiyyət bölgüsü əhalinin imkansız təbəqələrinin ziyanına olaraq xeyli dəyişib.
Ekspertlərin hesablamalarına görə, hazırda almanların ümumi sərvətinin dəyəri 9,3 trilyon avroya bərabərdir. Bu, 2012-ci ildə aparılmış araşdırmada göstərilən məbləğdən 3 trilyon çoxdur. Həmin sərvətin 63-74 faizi varlı adamların əlində toplanıb.
Almaniya əhalisinin 10 faizi özünü varlı hesab edə bilər. Onların arasında çox varlı adamlar əhalinin 1 faizini təşkil etsələr də, almanların ümumi sərvətinin 31-34 faizi bu insanlara məxsusdur.
Əfsanəvi dərəcədə zəngin insanlar ölkə əhalisinin cəmi 0,1 faizini təşkil etdiyi halda ümumi sərvətin 14-16 faizi onların sərəncamındadır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB