Enişə hazırlaşan təyyarə geri döndü

Ötən gün saat 08:00-da Antalyadan İstanbula uçan "Pegasus" Aviaşirkətinə məxsus təyyarə İstanbulun Sabiha Göçken Hava Limanına enişə hazırlaşarkən dispetçerlər tərəfindən uçuş zolağının qarlı olması səbəbi ilə geri göndərilib. Bu haqda hadisə şahidləri SİA-nın Antalya üzrə xüsusi müxbirinə məlumat veriblər. İzmir Hava Limanına üz tutan təyyarənin eniş zamanı şassiləri açılmayıb. Təyyarədəki sərnişinlərdən təşvişə düşən 15-16 yaşlarında qız gözlənilmədən təyyarənin qapısını açmağa cəhd edib. Cəhdin qarşısını Azərbaycan vətəndaşı olan tələbə alıb.

"Qorxan qız qəfildən qapıya tərəf qaçıb, qapını açmağa cəhd göstərib. Stüardessa uzaqdan "durdurun onu", deyərək qışqırıb. Bu zaman cavan oğlan qızın qollarından tutaraq oradan uzaqlaşdırıb" deyə, hadisə şahidi məlumat verib. İzmirdə eniş edə biləyən təyyarə Antalya Hava Limanına geri dönüb. Daha sonra sərnişinlər başqa təyyarə ilə İstanbula yola salınıb.

Emin Zaman, Türkiyə

Bütün xəbərlər Facebook səhifəmizdə