“Boko Haram” 12 nəfəri edam etdi FOTO

Terror qruplaşmasına qarşı 8700 nəfərlik hərbi birləşmə yaradıldı
“Boko Haram” 12 nəfəri edam etdi FOTO

"Boko Haram" radikal dini terror qruplaşması Nigeriya ilə həmsərhəd olan Kamerunda 12 nəfər dinc sakini vəhçi üsullarla edam edib. SİA xəbər verir ki, bu barədə "qazeta.ru" "agence france-rresse"yə istinadən məlumat yayıb. Məlumatda qeyd edildiyinə görə, terrorçular ümumilikdə 20 nəfər yerli əhalini əsir götürüblər.

Daha öncə isə bəlli olub ki, Benin, Kamerun, Niger, Nigeriya və Çad nümayəndələri 8700 nəfərdən ibarəd həbrbi birləşmə yaradaraq, "Boko Haram"a qarşı mübarizə etmək qərarına gəliblər. Bu qərar terror qruplaşmasının Nigeriyada dörd gün ərzində üç hücum reallaşdırılmasından sonra verilib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə