Baş prokuror işini itirdi

Ukraynanın Baş prokuroru Vitali Yarema bu gün səhər istefa ərizəsi yazıb. Bu haqda məlumatı "Batkivşina" partiyasının deputatı İqor Luçenko özünün Facebook səhifəsində yazıb.

"Ancaq bu, hələ onun işdən çıxarılması demək deyil, çünki Baş prokurorun istefasına prezident Petro Poroşenko baxmalıdır", - deyə deputat vurğulayıb.

Ancaq bu xəbər rəsmən təsdiqlənməyib. Baş prokurorluğun mətbuat xidməti isə Vitali Yaremanın hazırda işdə olduğunu deyib.

"Batkivşina" partiyasının daha bir deputatı Alena Şkrum da Facebook-da yazaraq Yaremanın istefa verəcəyini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə