"Qremmi"nin qalibləri məlum oldu FOTOLAR

"Qremmi"nin qalibləri məlum oldu FOTOLAR

ABŞ-ın Los-Anceles şəhərində "Qremmi" mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın xəbərinə görə, hər il olduğu kimi bu dəfə də mərasim möhtəşəm şəkildə təşkil edilib. Belə ki, məşhur müğənni Beyons 2 nominasiya ("Ən yaxşı mahnı" və "Ən yaxşı çıxış") üzrə "Qremmi"yə sahib olub. Hər iki mükafat "Aşiq sərxoş" ("Drunk in Love") mahnısına görə verilib.

"İlin albomu" nominasiyasını Bek Hansen "Morning Phase" albomuna görə alıb. Farrel Uilyams "Happy" mahnısına görə "Pop ifaçının ən yaxşı solo mahnısı" nominasiyasını qazanıb. "Eminem" qrupu isə Rihanna ilə birgə "Ən yaxşı rep vokal mahnı" və "The Marshall Mathers LP2" albomuna görə "Ən yaxşı rep albomu" mükafatlarını alıb.

22 yaşlı Böyük Biritaniyalı Sem Smit iki nominasiya qazanmaqla yanaşı "İlin ən gənc artisti" olub. Ona bu mükafatı Enrike İqlesias təqdim edib.

Qeyd edək ki, mərasim BBC telekanalı vasitəsilə canlı yayımlanıb.

Xatırladaq ki, 1957-ci ildə təsis edilən "Qremmi" mükafatı səsvermə ilə yolu ilə aparılan nəticələr əsasında təqdim edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə