Fransa prezidenti narahat danışdı

Fransua Olland: Kremldə aparılan danışıqlar sülh üçün “son şansdır”
Fransa prezidenti narahat danışdı

Fransa prezidenti Fransua Olland Moskvada aparılan danışıqları şərh edərkən bildirib ki, bu, Ukrayna ilə bağlı razılığa gəlmək üçün "son şansdır". O hesab edir ki, əks-təqdirdə dünya müharibə astanasına gəlib çıxa bilər. Le Figaro qəzeti xəbər verir ki, Fransa lideri deyib: "Mən hesab edirəm ki, bu, son şansdır. Əgər biz uzunmüddətli sülh razılaşmasına nail olmasaq, gələcək ssenarini yaxşı bilirik: bunun adı var, bu ssenari müharibə adlanır".

Moskva danışıqlarını bir qədər əvvəl Almaniya kansleri Angela Merkel də şərh edib. Münxen Təhlükəsizlik Konfransında çıxışı zamanı A.Merkel görüşün nəticə verəcəyinə şübhəsini ifadə edib. Bununla belə, onun fikrincə, cəhd göstərməyə dəyərdi.

Bütün xəbərlər Facebook səhifəmizdə