Corc Soros: "Avropa İttifaqı Ukraynanı itirəcək" BƏYANAT

Corc Soros: "Avropa İttifaqı Ukraynanı itirəcək" BƏYANAT

Corc Soros Ukraynaya bil milyard dollar verməyəcəyini bildirib. SİA "itar-tass"a istinadən xəbər verir ki, o, bunu Münxendə keçirilən təhlükəsizlik konfransında bəyan edib. Milyarder öz fikirlərini belə əsaslandırıb ki, Ukrayna hazırda maliyyə kollapsı ərəfəsindədir və bunun qarşısını almaq üçün Avropa İttifaqı təxirəsalınmaz qərarlar qəbul etməlidir. "Ukrayna müharibədən əziyyət çəkməklə yanaşı, həm də maliyyə kollapsı ərəfəsindədir. Əgər bu baş verərsə, Avropa İttifaqı Ukraynanı itirəcək", - deyə Soros bəyan edib.

Bütün xəbərlər Facebook səhifəmizdə