"İslam Dövləti" ("İD") terror təşkilatı yenidən vəhşi üsulla insan həyatlarına son qoyub. SİA "Alwasat News"ə istinadən xəbər verir ki, terror təşkilatı bu dəfə üç nəfər irqalını İraq hökumətinə casusluq etdiyinə görə diri-diri yandıraraq edam edib.
Qeyd edək ki, "İD" indiyə qədər bu tipli edam üsulundan istifadə etməyib. Buna qədər teror təşkilatı digər vəhşi edam üsulundan – insanların başını kəsməklə istifadə edib.
Ötən günlərdə isə "İD" Iordaniyali pilotun həyatına onu yandıraraq son qoymuşdu.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB