3 milyondan çox miqrant imtahan verəcək

3 milyondan çox miqrant imtahan verəcək

Rusiyada yaşayan 3 milyondan çox miqrant imtahan verəcək. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, bu il onlar rus dili və tarixi, hüququn əsasları üzrə öz bacarıqlarını sınayacaqlar. Bu ilin yanvarından qüvvəyə minən yeni miqrasiya qanununa əsasən, ixtisaslaşmış mütəxəssislər istisna olmaqla, iş icazəsi, müvəqqəti yaşayış və ya oturma icazəsi almaq istəyən əcnəbilər rus dilini, ölkənin tarixini və hüququn əsaslarını bilməli olacaqlar.

Bütün xəbərlər Facebook səhifəmizdə