"Rusiya Prezidenti Vladimir Putinin planları Ukrayna ilə kifayətlənmir". Bu açıqlama ilə NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussen çıxış edib.
O, Putinin NATO-nun Baltikyanı ərazilərin təhlükəsizliyini qorumaqla bağlı iradəsini yoxladığını bildirib:
"Kremlin əsas məqsədi NATO-nun birliyini pozaraq Şərqi Avropada Rusiyanın dominantlığını bərpa etməkdir. Putin Rusiyanın böyük güc statusunu qaytarmaq istəyir. O bilir ki, qırmızı xətti keçib NATO-nun müttəfiqinin üzərinə hücuma keçsə, uduzacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB