ABŞ-ın dövlət katibi Con Kerri bəyan edib ki, onun ölkəsi Ukraynada sülhün bərqərar olması üçün qarant olmaq istəyindədir. SİA "itar-tass"a istinadən xəbər verir ki, o, bu bəyanatı Ukraynanın baş naziri Arseniy Yatsenyukla apardığı danışıqlarda sonra verib.
"Nə ABŞ, nə Ukryana, nə də ki Avropa Rusiya ilə münaqişənin bir gün də olsa uzanmasını istəmir" -deyə, Kerri etiraf edib. Lakin buna rəğmən, o bildirib ki, sülh razılığı birtərəfli qaydada olmamalıdır.
Bundan əlavə, amerikalı diplomat qeyd edib ki, ABŞ prezidenti Barak Obama Ukraynaya silah göndərilməsi ilə bağlı yaxın günlərdə qərar qəbul edəcək.
Qeyd edək ki, respublikaçılar partiyasından olan senator Con Makkeyn də bugünlərdə belə bir fikir söyləyib ki, əgər Obama rəsmi Kiyevə silah göndərməsə, bu zaman Konqres Ukraynaya silahın göndərilməsi barədə qanun qəbul edəcək.
Xatırladaq ki, 2014-cü ilin dekabrında ABŞ-da Ukraynaya silah göndərilməsinə icazə verən qanun qəbul edilib. Bu vaxta qədər rəsmi Vaşinqton Kiyevə yalnız yerdə istifadə olunan silah göndərib. Hərbi təyyarələrin və helikopterlərin, eləcə də raketlərin göndərilməsi barədə qərar isə yaxın günlərdə veriləcək.
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB