Putin ehtiyatda olan hərbçiləri orduya çağırdı

Putin ehtiyatda olan hərbçiləri orduya çağırdı

İmzalanan sənədin bu gündən qüvvəyə mindiyi deyilir. Rusiya prezidenti Vladimir Putin ehtiyatda olan hərbçilərin 2015-ci ilin hərbi toplanışına çağırılması üçün sərəncam imzalayıb.

Bu haqda məlumatı "RİA Novosti" agentliyi yayıb.

"Rusiya Federasiyasının ehtiyatda olan hərbçiləri Silahlı Qüvvələrin, Daxili İşlər Nazirliyinin qoşun hissələrinin, Dövlət Mühafizə Xidmətinin və Federal Təhlükəsizlik Xidmətinin tərkibində 2 ayadək hərbi toplanışa çağırılsın", - deyə sənəddə yazılıb.

İmzalanan sənədin bu gündən qüvvəyə mindiyi deyilir.

Bütün xəbərlər Facebook səhifəmizdə