İŞİD pilotu diri-diri yandırdı

İordaniya ordusu pilotun öldürüldüyünü ailəsinə xəbər verib
İŞİD pilotu diri-diri yandırdı

İŞİD terror qruplaşması əsir götürdüyü iordaniyalı pilotu diri-diri yandıraraq öldürüb. Terrorçuların "Twitter"də paylaşdığı görüntülərdə iordaniyalı pilot Muaz Kasasbenin yandırılaraq öldürüldüyü əksini tapıb. İordaniya ordusu da pilotun öldürüldüyünü ailəsinə xəbər verib.

Qeyd edək ki, İŞİD-ə beynəlxalq koalisiyanın təşkil etdiyi hava hücumları zamanı İordaniya Hava qüvvələrinə aid F-16 döyüş təyyarəsi Suriyanın Rakka şəhərində qəzaya düşmüş və İŞİD pilotu girov götürmüşdü.

Bütün xəbərlər Facebook səhifəmizdə