Haaqa məhkəməsi serblərin soyqırımı törətmələri iddiasını qəbul etməyib

Haaqa məhkəməsi serblərin soyqırımı törətmələri iddiasını qəbul etməyib

Beynəlxalq Millətlər Təşkilatının (BMT) nəzdində fəaliyyət göstərən Haaqa məhkəməsi instansiyası xorvatların serblərin onlara qarşı soyqırımı törətmələri iddiasını rədd edib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Haaqa məhkəməsində "Xorvatiya Serbiyaya qarşı" iddianaməsinin rədd edilməsində kollegiyada olan 17 hakim iştirak edib. Belə ki, həmin iddiaya görə, Yuqoslaviya süquta uğradıqdan sonra, 1991-1995-ci illərdə serb hərbi birləşmələrinin xorvatlara qarşı qanlı divan tutmaları bildirilir. Məhkəmənin sədri Peter Tomka məhkəmədə saat yarımlıq rədd qərarını oxuyarkən, Xorvatiyanın yetərli qədər sübut və dəlillər ortaya qoymadığını bildirib.

Xatırladaq ki, Xorvatiya tərəfi hesab edir ki, Serbiya keçmiş Yuqoslaviyanın varisi kimi 12,5 min xorvatın ölümündə əsas günahkardır. Burada xüsusilə, Knin şəhəri ərazisindəki Vukovarda, eləcə də Slavoniyanın və Dalmasiyanın şərq və qərb hissələrində baş vermiş qətliamlar göstərilib. Serbiya tərəfi isə bu rəqəmin həqiqətəuyğun olmadığını iddia edib.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə