İrəvanda prezident iqamətgahının qarşısında 11 gündür aclıq aksiyası keçirən Anait Aruşanyan Serj Sarkisyanla söhbət edib. Aruşanyan öz oğlu Aşotun işi üzrə prezidentdən ədalət tələb edib.
Sarkisyan isə bu məsələnin ondan asılı olmadığı bildirib: "Buna məhkəmə baxır. Nə vaxt ki, Kassasiya məhkəməsinin qərarı olacaq, onda mən sizi qəbul edəcəyəm".
Xatırladaq ki, HSBC bankının keçmiş əməkdaşı Aşot Aruşanyan "Manana Qrey" MMC direktor müavininin maşınından 56 milyon dram oğurluğda ittiham olunaraq 5 il 6 ay həbs cəzasına məhkum edilib. Aşota bəraət qazandırmağ tələbilə onun 8 qohumu prezident sarayı qarşısında aclığa başlayıb.anspress
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB