Çexiyada iqtisadi böhran tüğyan edir

Əməkhaqı azaldılır, qiymətlər artır
Çexiyada iqtisadi böhran tüğyan edir

"Czech airlines" aviaşirkəti fevralın 1-dən pilot və bort baxıcılarının əməkhaqlarını 40 faiz azaltmağa başlayıb. Həmkarlar İttifaqları bu qərara qarşı çıxırlar. Şirkət yeni kollektiv müqavilə imzalamağa nail olmayıb. Şirkət ilə həmkarlar ittifaqı rəhbərlərinin danışıqları nəticə verməyib.

Bununla bərabər, Çexiya KİV-ləri milli poçtun banderol və sifarişli məktubların göndərilməsi qiymətlərini artırması barədə məlumat verirlər. Məktub və banderolların xaricə göndərilməsi üzrə xidmətlərin demək olar hamısı bahalaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə