Angela Merkel: "Almaniya Ukraynaya silah göndərməyəcək"

Angela Merkel: "Almaniya Ukraynaya silah göndərməyəcək"

Almaniyanın hakimiyyət orqanları Ukraynaya silah göndərməyi planlaşdırmır. Reuters agentliyi xəbər verir ki, bu haqda Almaniya kansleri Angela Merkel bazar ertəsi Macarıstana səfəri zamanı bəyanat verib. "Almaniya Ukraynaya silahla dəstək göstərməyəcək. Əminəm ki, münaqişə hərbi vasitələrlə həll oluna bilməz" – deyə kansler vurğulayıb.

O, həmçinin qeyd edib ki, Ukraynanın şərqində Minsk razılaşması əsasında atəşin dərhal dayandırılması vacibdir.

Bütün xəbərlər Facebook səhifəmizdə